20 May, 2024
Sevimli şagirdlərimiz Şəhid Həsənov Sadiqin əmanəti Həsənzadə Lalə, Şəhid Abdullayev Elnurun əmanətləri Abdullayeva Ayişə və Ayan, Şəhid Mehrab Niftəliyevin əmanəti Niftəliyeva Ləman Mental Aritmetika kursumuzu tam müvəffəqiyyətlə bitirdilər.
Şagirdlərimizin müəllimi çox hörmətli Nilufər xanıma dərin minnətdarlığımızı bildirir bu yolda daim müvəffəqiyyət arzulayırıq.
Şagirdlərimizə də göstərdikləri diqqət və məsuliyyət üçün ayrıca təşəkkür edirik.
22.06.2021