Əmanət Parfüm

İdeyanın məqsədi

Zəfərlə sonlanan 44 günlük Vətən Müharibəsindən dərhal sonra noyabr ayının 11-də Cənab Ali Baş Komandanın da dediyi kimi zəfəri bizə qazandıran hərbçilərimizin övladlarının xidmətində durmaq üçün “Əmanət” Şəhid və Qazi övladlarının fərdi inkişafına dəstək layihəsi tərəfimizdən start götürdü.

Artıq 4 ilə yaxındır ki, fəaliyyət göstərən layihəmizdə indiyədək Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Qobustan, Şamaxı, Qusar, Sabirabad, Salyan, Neftçala şəhərlərində 200-ə qədər layihə iştirakçısı olan şəhid və qazi övladları ziyarət edilib. Ziyarət edilən zaman hər ailəyə dərs ləvazimatları, bədii və uşaq ədəbiyyatı, müxtəlif yaş qrupuna görə hədiyyələr verilib.

Layihə məktəbəqədər təhsil müəssisəsi, məktəb, kollec və universitet tələbəsi olan şəhid və qazi övladlarını əhatə edir və təklif olunan bütün xidmətlər təmənnasızdır.

Bu yolda Əmanətlərimizə daha yaxşı xidmət etmək üçün “ƏMANƏT” adlı yeni ətir brendimizi yaradaraq, Sizlərə təqdim edirik. Bu xüsusi ətir brendi, yalnızca gözəl qoxular yaratmaqla kifayətlənməyib, həm də çox vacib bir missiyanı həyata keçirir. “ƏMANƏT” ətir brendinin satışından əldə olunan bütün gəlir, şəhid və qazi övladlarının fərdi inkişafına dəstək olan “ƏMANƏT” layihəsinə ianə olunacaq.

Bu layihə, qəhrəmanlarımızın əmanətinə layiqincə sahib çıxmağımızı və onların övladlarına daha yaxşı gələcək yaratmağımızı təmin edəcək. Sizin dəstəyinizlə, əmanətlərimizin həyatlarına müsbət təsir edə bilərik.

 

Əmanət parfüm

İndi sifariş ver

Kataloq

Chrome Azzaro
İndi sifariş ver
Vanille Antique
İndi sifariş ver
De Young Red Orlov
İndi sifariş ver
Matsukita Clive Christian
İndi sifariş ver
Sauvage Elixir Dior
İndi sifariş ver