Əmanət layihəsinin kollektivi psixoloji təlimlərə cəlb olunmuşdur!

Müəllimlərimizin peşəkarlığnın artırılması məqsədi ilə ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi və KOD Psixologiya Mərkəzinin əməkdaşlığı çərçivəsində ilk qrupumuzun təlimləri başladı. Psixoloq Nuranə Məmmədovanın rəhbərliyi ilə təşkil olunacaq ''Yaş Psixologiyası və Uşaq Psixoterapiyası'' təlimləri hər bir qrupla 5 həftə davam edəcək.