“Örnək müəllim”

 “AzEdu.az” Təhsil Portalı 2023-cü il üçün ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimlərin siyahısını açıqalyıb.

 Siyahıda öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 Layihəmizin ibtidai sinif müəllimi Səadət Xələfova da “Örnək müəllim” adını alıb.

Səadət Xələfovanı təbrik edir, pedaqoji fəaliyyətində uğurlar arzu edirik! 

14.11.2023