Şəhid və qazi övladları üçün ödənişsiz "check up" müayinəsini həyata keçirilib.

 

Dəyərli pediatr Günay xanımın təklifi ilə Əmanət layihəsində iştirak edən şəhid və qazi övladlarının ödənişsiz "check up" müayinəsini həyata keçiririk. 

Bu gün layihəmizdə iştirak edən şəhid İsmayılov Orxanın iki övladını müayinə üçün Günay xanının çalışdığı Leyla Medical Center -ə aparmışdıq. Hər iki övladımızın ciddi problemi yoxdur. Növbəti övladlarımızı da uyğun zamanda aparacağıq.

Onu da qeyd edək ki, ümumiyyətlə Günay xanım şəxsi təşəbbüsü əsasında şəhid və qazi övladlarını ödənişiz "check up" müayinə etdirir.

Göstərdiyi təşəbbüs üçün Günay xanıma lahiyə addından dərin minnətdarlığımızı bildiririk.