Əmanət ailəsi Aysunun doğum günündə

Hər vaxtınız xeyir, dostlar.

 Əmanət ailəsi olaraq sevimli şagirdimiz Aysunun doğum günündə iştirak etdik. Qeyd edək ki, Aysu Şəhid Mayor Ramil Ağayevin qızıdır. Aysu və bacısı Zəhra layihə çərçivəsində dərslərə qoşulur. Hər biri dərslərinə qarşı çox diqqətli və məsuliyyətlidirlər.

Aysunun doğum günü çox gözəl keçdi. Qürurlandığımız məqamlamlardan biri də Şəhid Mehrab Nifətliyevin ailəsinin bizimlə birlikdə bu xoş gündə iştirak etməsi oldu. Şəhidimizin yoldaşı əziz Vüsalə xanıma təşəkkür edir, qapılarını üzümüzə açdıqları üçün dəyərli Sevil xanıma minnətdarlığımızı bildiririk.

Bir daha təbriklər. Allah onların yanında cəmiyyəti utandırmasın.

17.02.2021