Əmanətimiz Ayxanın ad günü ziyarəti

 

Hər vaxtınız xeyir, dostlar.

Əmanət ailəsi olaraq könüllü cəbhəyə yollanan, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan və bizə Zöhrabla Ayxan adlı iki əmanət qoyaraq şəhid olan İsmayılov Orxanın kiçik övladı Ayxanın doğum günündə iştirak etdik.
Qeyd edək ki, şəhid İsmayılov Orxanın həyat yoldaşı İsmayılova Fərqanə xanım da layihə çərçivəsində qəbul imtahanına hazırlaşır. Hər iki şagirdimizə və əziz Fərqanə xanıma dərslərində uğurlar arzulayırıq.
Ayxangildə olduğumuz zaman Ayxanın müalicəsinin uğurlu olduğunun şahidi olduq. Əziz həkimimiz Günay xanım Rəsulovaya təşəkkür edirik.

Bir daha təbriklər, Allah onların yanında cəmiyyəti utandırmasın.

 15.02.2021