Əmanətimiz Elşənin ad günü ziyarəti

Şəhid oğlu Hüseynin 5 yaşı mübarək!

Əmanət komandası şəhid Musayev Elşənin oğlu Hüseynin doğum günündə iştirak etdi. Əmanətdarlar adından təbrik və hədiyyələrimizi çatdırdıq.

Qeyd edək ki, Hüseyn və bacısı Ayşən Əmanət layihəsi çərçivəsində dərslərə qoşulurlar.

 Doğum günündə müəllimləri Səadət xanımla görüşmələri də yaddaqalan oldu.

Rastlaşdığımız bir xoş mənzərə də o oldu ki, vətəndaşlar şəhid övladının doğum günündə aktiv iştirak edirdi.

Xoş günlərini bizlərlə paylaşdığı üçün əziz şəhidimizin ailəsinə təşəkkür edirik.

 25.01.2021