Əmanətimiz Ləmanın doğum günü ziyarəti

ƏMANƏT layihəsi olaraq əziz şagirdimiz Ləmanın doğum günündə iştirak etdik. Ləman rəssamlıq istedadı ilə seçilir. Elə buna görə də hədiyyəmizi ona münasib aldıq. Gözəl rəsm əsərləri var. Yaxın günlərdə təşkil olunacaq sərgimizdə görə biləcəksiniz.
Ləman şəhid Xüsusi Təyinatlı, "Vətən Müharibəsi Qəhrəmanı" Mehrab Niftəliyevin qızıdır.
Bir daha təbriklər, Allah onların yanında cəmiyyəti utandırmasın.

09.02.2021