Mingəçevir səfəri - I hissə
Hər vaxtınız xeyir, əziz dostlar.
ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi çərçivəsində növbəti region səfərimiz Mingəçevir şəhərinə oldu.
Səfərimizə Mingəçevir Şəhidlər Xiyabanından başladıq. Ardınca Aprel döyüşləri zamanı şəhid olan Rüstəm Orucov və Rahim Tağıyevin ailələrini ziyarət etdik. Ailələr tərəfindən olduqca doğma qarşılandıq.
Şəhid Rüstəm Orucovun övladları, sevimli şagirdlərimiz Nurlan və Fərdanın dərsləri ilə maraqlandıq. Layihəmiz çərçivəsində də dərsləri artıq başlayıb.
Şəhid Rahim Tağıyevin övladı, əziz dostumuz Nicatın da həmçinin dərsləri ilə maraqlanıb təhsilini öhdəmizə götürdük. Yaxın günlərdə Nicat da dərslərinə başlayacaq.
Şagirdlərimizə və ailə üzvlərinə Qədim Qala Nəşriyyat Evi və Parlaq İmzalar Nəşriyyatı adından layihəyə ianə edilmiş kitabları hədiyyə etdik.
Əziz şəhidlərimizin ailələrinə göstərdikləri qonaqpərvərlik üçün dərin minnətdarlığımızı bildiririk.
30.01.2021