Mingəçevir səfəri - II hissə
Hər vaxtınız xeyir, əziz dostlar.
Əvvəlki paylaşımda qeyd etdiyimiz kimi ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi Mingəçevirli şagirdlərini ziyarət edib.
Səfərimizin ilk hissəsini Aprel şəhidlərimizin ailələrini ziyarət etməklə başlamışdıq. Ardınca Vətən Müharibəsi şəhidlərinin ailələrində olduq.
Rus bölməsi üzrə dərslərimizdən faydalanan şəhid Nəsirov Qəhramanın qardaşlarını, şəhid İsgəndərov Niyazinin və şəhid Məmmədov Səbuhinin şagirdlərimiz olan övladlarını ziyarət etdik.
Şagirdlərimizə tədris ləvazimatları, Parlaq İmzalar Nəşriyyatı nın müvafiq uşaq ədəbiyyatlarını həmçinin şəhidlərin ailə üzvlərinə Rövşən Abdullaoğlunun təşəbbüskarı olduğu "Zəfər 2020" layihəsinin kitablarını müəllifin adından hədiyyə etdik.
Səfərimizdə bizə əvəzsiz yardımçı olan əziz Cavid müəllimə və Pünhan müəllimə təşəkkür edirik.