Hər vaxtınız xeyir dostlar.
Keçən günlər ərzində Sumqayıt və Xırdalan ərazisində adətimiz üzrə bir neçə şagirdimizi ziyarət etdik.
Əvvəlcədən aldığımız məlumata əsasən 3 şagirdimizin və bir qazi yoldaşının (həmçinin şəhid bacısıdır) təhsilə davam etmələri ilə əlaqədar cihaz problemləri var idi. Sizin etdiyiniz ianələr hesabına və əməkdaşlıq etdiyimiz dövlət qurumunun maliyyə dəstəyi hesabına iki ailədə bu problemin həllində köməklik göstərdik.
Bir şəhidin övladlarına planşet hədiyyə etdik, hal-hazırda dərslərə qoşulurlar.
Bir qazi qızına və həyat yoldaşına dərsə qoşulmaq üçün telefon və dizayn kursuna qatıla bilməsinə görə göstəriciləri uyğun olan kompüter hədiyyə edildi.
Dəyərli dostlar, etdiyiniz ianələr hesabına onların gələcəklərini qurmalarına öz əllərinizlə dəstək olursunuz.
24.02.2021