Əmanət layihəsinin ilk düşərgəsi 2021 ci ildə yay aylarına təsadüf etmişdir. Düşərgə 1 həftə müddətində 13.07.2021 tarixindən 18.07.2021 tarixinədək davam etmişdir. Düşərgə şəhid və qazi övladları, həmçinin şəhid ailələri üçün Şamaxı Astrofizika Rəsədxanasının şəhərciyində təşkil olunub. Düşərgəyə 50-yə yaxın şəhid və qazi övladı qatılıb. Onların yay günlərinin səmərəli təşkili üçün keçirilən bu cür tədbirlərin mahiyyəti uşaqların əylənərək öyrənməsini təmin etməkdir.
Düşərgə çərçivəsində uşaqlar rayonun ən ucqar kəndlərindən olan Dəmirçi kəndində olub, burada sənətkarlıq məhəlləsində fəaliyyət göstərən dəmirçi ustalarla görüşüb, onların əl işləri ilə yaxından tanış olublar. Daha sonra uşaqlar dünyanın ən böyük rəsədxanalarından biri olan Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına gəliblər. Rəsədxanada gəzintidə olan iştirakçılara teleskopla görüntülər təqdim olunub. Düşərgənin son günlərində uşaqlar üçün İsmayıllı və Qəbələ şəhərində yerləşən bir neçə turistik və tarixi obyektlərə də tur təşkil olunmuşdur.
Düşərgənin gedişatını aşağıda təqdim edirik.
- 13.07.2021 - Açılış mərasimi- 14.07.2021 - Əyləncəli oyunlar, İntellektual yarış
- 15.07.2021 - Şamaxı rayon Dəmirçi kəndinə infotur, Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya,
- 16.07.2021 - Əyləncəli oyunlar, Əl işləri master klassı
- 17.07.2021 - Qəbələ rayonuna ekskursiya, Kamal Yaşar ilə “Nağıl saatı”
- 18.07.2021 - Bağlanış mərasimi