Əmanətlərimizin Əl işləri sərgisi

ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi çərçivəsində təhsil alan eyni zamanda öz bacarıqları ilə fərqlənən bəzi əmanətlərin əl işləri sərgisini təşkil etdik. Sərgi mövcud şəraitlə əlaqədar çox məhdud sayda iştirakçı ilə keçirildi. Amma olduqca maraqlı və gözləniləndən daha faydalı oldu.

İnterAz televiziyası da öz dəstəyini nümayiş etdirərək sərgini işıqlandırmağa gəlmişdi. Layihə və ailələr adından dərin minnətdarlığımızı bildiririk.

28.02.2021