24 May, 2024
Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək göstərən Əmanət layihəsi 30-dan çox şəhid və qazi övladının iştirakı ilə ağacəkmə aksiyası keçirib.
Şəhid, qazi övladları və qazilər Bibiheybət məscidinin həyətinə yeni ağaclar əkib.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov 2008-2009-cu illərdə Bibiheybət məscidində bağban kimi fəaliyyət göstərib.
Ağacların əkildiyi sahədə şəhid və qazi əmanətlərinin adından Mübariz İbrahimovun xatirəsinə lövhə bərkidilib.
18.03.2024



