Müstəqillik Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əmanətlər üçün tədbir təşkil olunub!
Tədbirdə şəhid və qazi övladları, ailə üzvləri və digər qonaqlar iştirak edib.
Əmanətlər üçün müxtəlif əyləncə proqramları nümayiş olunub, həmçinin Müstəqillik Günü münasibətilə əmanətlər hazırladıqları şeirləri ifa ediblər.
“ƏMANƏT” layihəsi olaraq Azərbaycan milli futbol komandasının və Neftçi PFK klubunun kapitanı Mahmudov Eminə tədbirimizdə iştirakına və dəstəyinə görə minnətdarlığımızı bildiririk. Həmçinin tədbirin təşkil olunmasında ianələrinə görə Neftçi PFK klubuna təşəkkür edirik.
Qeyd edək ki, tədbir xüsusi ianələr əsasında təşkil olunub.
Məkana görə uşaqların istirahət və əyləncəsi üçün ideal məkanlardan olan “Blissland Əyləncə Mərkəzi”nə təşəkkür edirik!
29.05.2023