"Şəhidlər ölmürlər, onlar diridirlər".

Əziz dostlar, ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi olaraq şagirdlərimizi Novruz bayramı münasibətilə ziyarət etdik. Ziyarət zamanı şəhidlərimiz adından ailələrinə simvolik yazılmış məktubu təqdim etdik. Gözyaşları və sevinclə birlikdə çox həssas anlar yaşandı. Məktubu yazmaqda məqsəd ailələrin qəlbini şəhidlərimizin vəziyyəti və nəzəri ilə şad etmək idi, ona da nail olduq.

"Şəhidlər ölmürlər, onlar diridirlər".

Məktubun mətni üçün əziz Elvin Paşaya, montaj üçün Arif Əliyev və Əli XilƏliyə, səsləndirmə üçün Orxan Dadaşova dərin minnətdarlığımızı bildiririk.