19 May, 2024
Əmanət layihəsinin 2 ci düşərgəsi 2022 ci ildə yay aylarına təsadüf etmişdir. Düşərgə 27.08.2022 tarixindən 31.08.2022 tarixinədək davam etmişdir. Şamaxı Astrofizika Rəsədxanasındakı 5 günlük düşərgədə 36 nəfər şəhid və qazi övladı, 10 nəfər valideyn iştirak edib. Burada düşərgə iştirakçıları üçün müxtəlif seminarlar, ekskursiyalar, əyləncəli oyunlar və yarışlar təşkil olunub.
Düşərgənin gedişatını aşağıda təqdim edirik.
- 27.08.2022 - Açılış mərasimi, tonqal ətrafında “Nağıl saatı”
- 28.08.2022 - Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya, Cüdo üzrə master klass, Parkur oyunu
- 29.08.2022 - Nohur göl və Qəbələnd istirahət mərkəzinə ekskursiya, ”Təqdimat bacarıqları” mövzusunda təlim və qrup işi, “Səmanın gecə müşahidəsi” adlı fəaliyyət
- 30.08.2022 - Şamaxı rayon Dəmirçi kəndinə infotur, “Astronomiya” adlı infosessiya, “YayFest” gənclər düşərgəsinə ekskursiya
- 31.08.2022 - Şamaxı Safari Parka ekskursiya, Bağlanış mərasimi.