III Yay Düşərgəsi

Əmanət layihəsinin 3 düşərgəsi 2023 ci ildə  11.08.2023 tarixindən 15.08.2023 tarixinədək davam etmişdir. Düşərgə şəhid və qazi övladları, həmçinin şəhid ailələri üçün Tovuz rayonunda təşkil olunmuşdur. Tovuz rayonunda keçirilən beşgünlük düşərgədə 38 şəhid və qazi övladı, 6 valideyn iştirak edib. Düşərgənin əyləncəli və faydalı keçirilməsi məqsədilə iştirakçıları üçün təlimçilər tərəfindən müxtəlif şəxsi inkişaf təlimləri, master-klaslar, ekskursiyalar, əyləncəli oyunlar və yarışlar təşkil olunub.

Düşərgənin gedişatını aşağıda təqdim edirik.

- 11.08.2021 - Açılış mərasimi, "SWOT" analiz təlimi
- 12.08.2021 - Danışıq klubu, "Kainatı kəşf edək" adlı təlim, "Gələcəyin ixtisasları" təlimi, İntellektual yarış
- 13.08.2021 -Gəncə şəhərinin tarixi və turizm məkanlarına səyahət, "Turan Tovuz" futbol klubu ilə görüş 
- 14.08.2021 - "Media savadlılığı" təlimi, Əyləncəli oyunlar
- 15.08.2021- Bağlanış mərasimi