ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib Beyləqan rayonu Ə. Rüstəmov adına 1 - ci Şahsevən kənd 2 nömrəli tam orta məktəbdə fəaliyyətə başlamışdır və hazırda da həmin məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənlərini tədris edir, həmçinin 2018-2020 - ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyininin Fəxri Fərmanına, 2022-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.
2023-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər" adlı ən yaxşı yazı müsabiqəsində 1-ci yerə layiq görülən Rəşidə xanım "Bəlkə də" adlı şeirlər kitabının müəllifidir və Əmanət layihəsində əmanətlərimizə Azərbaycan dili və Ədəbiyyat fənlərini tədris edir.